Logo

Fizika İnstitutu ilə AzMİU arasında memorandum imzalandı - FOTO

17.05.2024 14:46 175 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında memorandum İmzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun direktoru akademik Arif Həşimov qonaqlara burada aparılan tədqiqatlar, elmi müəssisənin beynəlxalq əlaqələri, maddi-texniki bazası və s. haqqında məlumat verib.

AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Fizika İnstitutu ilə əməkdaşlıqdan söz açıb. O qeyd edib ki, elmi tədqiqatların aparılmasında tədqiqat institutlarının imkanları və təcrübəsi daha böyükdür. Nigar Aslanova elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi işlərin sayının az olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə təhsil sistemi ilə elmi-tədqiqat institutlarının əlaqələrinin genişləndirilməsi olduqca önəmlidir. Nigar Aslanova universitetin bir sıra institutlarla əlaqələrinin genişlənməsi nəticəsində elm və təhsil sahəsində inteqrasiyanın mümkün olduğunu, kadrlar arasında mübadilənin daha effektiv reallaşdığını söyləyib.

Xəbər lenti