ADA Universitetinin Fondu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən hərbi əməliyyatlara və ordumuza dəstəyini nümayiş etdirərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
Bildirilib ki, ADA Universitetinin əməkdaşları və məzunlarının bəziləri hazırda mülki əhalini və sərhədlərimizin təhlükəsizliyini qorumaq məqsədilə ordumuzda xidmət edirlər.
ADA Universitetinin professor-müəllim heyəti, tələbə və məzunları respublikamızın ərazi bütövlüyü uğrunda vuruşan hər bir əsgərlə qürur duyduğunu bildirir.