Logo

Özbəkistanda Novruz bayramı qeyd olunub - FOTO

25.03.2024 18:26 158 baxış
IMG

Özbəkistanda türk xalqlarının milli bayramı Novruz təntənəli şəkildə qeyd olunub.

Tehsil.biz xəbər verir ki, “Humo Arena” idman kompleksində baş tutan bayram tədbirində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, hökumətin, Ali Məclisin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, müxtəlif xalqların təmsilçiləri iştirak ediblər. Özbəkistanın dövlət başçısı Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, Novruzun əhəmiyyətindən danışıb, hamıya firavanlıq arzulayıb. 

Ölkəmizi bayram tədbirində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi təmsil edib. Tədbir çərçivəsində Azərbaycanın xalq yaradıcılığı və zəngin mədəniyyəti sərgilənib, musiqi nömrələri və tamaşalar nümayiş etdirilib.

Azərbaycan pavliyonuna daxil olan Şavkat Mirziyoyev Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən musiqi ansanblının hazırladığı musiqi nömrələrini, o cümlədən Yusif Əliyevin ifasında “Şuşanın dağları” mahnısını dinləyib.

Diaspor üzvləri ilə səmimi söhbət zamanı Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondu ilə birgə keçirilən “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərginin açılışına, dövlət başçısının təşəbbüsü ilə Füzuli şəhərində məktəbin inşasına, Şuşa səfərinə və digər məsələlərə toxunulub. 

Mərkəzin nəzdində fəaliyyət göstərən “Gənclər Mərkəzi”nin fəalları Özbəkistan Respublikasının Prezidentini Novruz bayramı münasibətilə təbrik ediblər.

Xəbər lenti