Xalq artisti Yusif Eyvazov sabah Moskvada keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.
Tehsil.biz xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində bildirib.
O, “Crocus City Hall” ticarət mərkəzində törədilən terrordan sonra konsert vermək üçün komandasında və özündə güc olmadığını qeyd edib.
Y.Eyvazov tamaşaçıları ilə mayın 25-dən sonra görüşəcəyini deyib.