Logo

Röyanın ləğv edilən konserti barədə AÇIQLAMA

26.03.2024 11:51 145 baxış
IMG

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı açıqlama verilib.

Tehsil.biz xəbər verir ki, bu barədə konsertin təşkilatçılarından olan “Caspian music” məlumat yayıb.

Bildirilib ki, Röyanın konserti başqa uyğun tarixə qədər təxirə salınıb:

“Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək”.

Xatırladaq ki, müğənninin konserti martın 22-si “Crocus City Hall”da baş verən terror aktına görə baş tutmayıb.

Xəbər lenti