Logo

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı açıqlanıb

26.03.2024 14:32 120 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb.

"Tehsil.biz"in məlumatına görə, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi martın 31-dək davam edəcək.

Qalib gələn 20 nəfər mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı, 20 000 AZN dəyərində pul mükafatı və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı əldə edir.

Xəbər lenti