Logo

Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı kitab sərgisi açılıb

26.03.2024 15:50 137 baxış
IMG

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə Milli Kitabxanada ədibin həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.

Tehsil.biz xəbər verir ki, sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtib və redaktə etdiyi kitablar, haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti