Logo

Tehran Tibb Universitetinin onlarla müəllimi işdən qovulub

26.03.2024 22:22 178 baxış
IMG

Tehran Tibb Universitetinin onlarla müəllimi tələbələri dəstəklədikləri üçün işdən qovulub.

Tehsil.biz xəbər verir ki, bu jaqda “Azad İran” teleqram kanalı məlumat paylaşıb.

Məlumata görə, Tehran Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü Rza Məlikzadə son iki ildə universitetin 40-a yaxın müəlliminin işdən çıxarıldığını və ya təqaüdə göndərildiyini deyib.

Onun sözlərinə görə, hazırkı hökumətin fəaliyyətə başladığı dövrdən və 2022-ci ildə İranda xalq etirazlarından sonra ölkənin bir çox universitetlərində professorların işdən çıxarılması, fəaliyyətinin dayandırılması və məcburi təqaüdə göndərilməsi dalğası geniş vüsət alıb. Təkcə son iki ildə universitetin 40-a yaxın müəllimi işdən uzaqlaşdırılıb. Professorun özü də məcburi təqaüdə göndərilib.

Qeyd olunub ki, professorların və müəllim heyətinin fəaliyyətinin dayandırılmasına əsas səbəb kimi onların etirazlar zamanı tələbələri dəstəkləməsi və hökuməti tənqid etmələri olub.

Xəbər lenti