Cənubi Koreyanın Busan Dövlət Universiteti xəstəxanasının oftalmoloq həkimi evində ölü tapılıb.
Tehsil.biz Cənubi Koreya mediasına istinadən xəbər verir ki, həkim martın 24-də səhər saatlarında evində huşsuz vəziyyətdə aşkarlanıb.
Xəstəxanaya aparıldıqdan bir neçə saat sonra öldüyü məlum olan 40 yaşlı həkimin ürək çatışmazlığından vəfat etdiyi bildirilib.