Logo

“Xarizmatik natiq” şousu keçirilib - FOTO

27.03.2024 13:41 140 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan Məktəbimizin xarizmatik natiqləri layihəsinin “Xarizmatik natiq” şousu keçirilib.

Tehsil.biz xəbər verir ki, xarizmatik natiq təlimlərində iştirak edən 10 istedadlı şagird “Xarizmatik natiq” şousuna seçilib. Çıxışlar 80 faiz münsiflər heyəti tərəfindən və 20 faiz auditoriya tərəfindən qiymətləndirilib.

Sonda ən yaxşı natiq nominasoyası üzrə 3 nəfər seçilərək mükafatlandırılıb.

Qeyd edək ki, layihənin məqsədi "Məktəbimizin xarizmatiq natiqləri” təlimlərinin keçirilməsi ilə 9-11-ci siniflərdə təhsil alan şagirdlərimizin natiqlik qabiliyyətinin artırılmasıdır.

Xəbər lenti