Logo

“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı konfrans keçiriləcək

27.03.2024 13:48 131 baxış
IMG

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 7 aprel 2024-cü il, saat 10:00-da Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı konfrans keçiriləcək. 

AGMA-dan "Tehsil.biz"ə bildirilib ki, “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbirin məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarətdir. 

Qeydiyyat linki: https://forms.gle/zGZsSVba3DnwZnXm7

Son qeydiyyat tarixi 5 aprel 2024-cü ildir.

Xəbər lenti