Logo

AMEA-nın müxbir üzvü beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunur

27.03.2024 16:02 128 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Ukrainian Journal of Information Systems and Data Science” jurnalının redaksiya heyətinin üzvü seçilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bu jurnal ildə iki dəfə ingilis və Ukrayna dillərində nəşr olunur. Jurnalda alqoritmlər və məlumat strukturları, informasiya resursları, qərar qəbul etmə modelləri, meta-evristik optimallaşdırma, şəbəkə sistemlərinin modelləşdirilməsi və optimallaşdırılması, mürəkkəb sistemlərin təhlükəsizliyi və etibarlılığı, insan-kompüter qarşılıqlı əlaqəsi, əşyaların interneti sistemləri, maşın öyrənməsi, bilik mühəndisliyi, eləcə də təbii dilin emalı texnologiyaları istiqamətlərini əhatə edən məqalələr dərc olunur.

Xəbər lenti