Logo

BDU tələbələri Bakı Zooloji Parkında istehsalat təcrübəsi keçirlər - FOTO

27.03.2024 17:37 143 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin ekologiya ixtisasının ingilis bölməsi üzrə IV kurs tələbələri Bakı Zooloji Parkında istehsalat təcrübəsi keçirlər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbələr təcrübə dövründə akvaterrarium, maarifləndirmə, məməlilər və quşlar üzrə bölmələrdə Zooloji Parkın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Tələbələr heyvanların etologiyası, biologiyası, ekologiyası, həyat tərzi ilə yaxından tanış olub, onlara qulluq edib, videoçəkilişlər aparıblar. Həmçinin biomüxtəlifliyin qorunmasının təşkili ilə bağlı tədbirlərə qoşulub, Zooloji Park ərazisində ziyarətçilərə bələdçilik ediblər.

Xəbər lenti