Logo

“Xalqın mədəni sərvəti” layihəsi növbəti dəfə Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunub - FOTO

27.03.2024 20:48 146 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası martın 27-dən 29-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, üçüncü dəfə keçirilən layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunub. 

Layihənin ilk günü Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbi (UMM), Samux Rayon Qarayeri qəsəbə UMM, Səfikürd UMM , Samux şəhər UMM, Rövşən Qarayev adına Xan Qərvənd kənd UMM, Samux rayon Sərkar kənd UMM, Mehman Nəzərov adına Qızılhacılı qəsəbə UMM, Goranboy rayon Düzqışlaq kənd UMM, Dəliməmmədli şəhər UMM-nin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert zamanı zərb və ritmik muğamlar səsləndirilib. 

Görkəmli xanəndə Cabbar Qaryağdıoğluna həsr olunmuş layihənin ilk günü həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaşda Heydər Əliyev Mərkəzində, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli UMM, Ağdaş rayon Ləki qəsəbə UMM, Yevlax şəhər 1 nömrəli UMM, Yevlax Mədəniyyət Mərkəzi, Yevlax şəhər 2 nömrəli UMM, Yevlax rayon Aran qəsəbə UMM, Yevlax rayon Xaldan kənd UMM, Yevlax rayon Malbinəsi kənd UMM, Göyçay şəhər Arif Məmmədov adına UMM, Göyçay Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri muğam və təsniflər, xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi yanvarın 8-dən 14-dək simfonik muğam janrının banisi Fikrət Əmirova, fevralın 14-dən 16-dək görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.

Xəbər lenti