Logo

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

28.03.2024 10:53 124 baxış
IMG

Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, onlayn rejimdə istifadəçilərə təqdim olunan məlumat bazasında (https://anl.az/el/emb/TEATR/index.html) Azərbaycanda teatrın yaranma tarixi, nəşrlərdə haqqında dərc olunan materiallar və bu sənət haqqında fikirlər təqdim edilib.

Qeyd edək ki, 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda nümayiş etdirilən ilk tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olub.

Xəbər lenti