Logo

“Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib - FOTO

18.05.2024 23:36 148 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli builki konfransın əlamətdar dövrə təsadüf etdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin dəmir iradəsi nəticəsində nəinki 44 günlük Vətən müharibəsində tarixi Zəfər çalındı, bundan sonrakı atılan böyük hərbi-siyasi addımlarla ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu: “Kitabxanaçılarımız da öz işini müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli mənafeyinə uyğun olaraq qurmalıdırlar. Kitabxana əsl azərbaycançılıq mərkəzi olmalıdır. AMEA-nın Mərkəzi Elmi Kitabxanası azərbaycançılıq, müstəqillik, dövlətçilik, tam suverenlik kimi məsələləri AMEA-nın potensialından istifadə edərək elmi əsaslarla cəmiyyətimizə çatdırmaq vəzifəsini yerinə yetirməlidir”

AMEA-da elektron hərəkatın elan edildiyini diqqətə çatdıran akademiyanın prezidenti MEK-də həyata keçirilən elektronlaşma işlərindən danışıb, bu istiqamətdə yaranan problemləri önə çəkərək onların həll yollarına toxunub.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov rəhbəri olduğu müəssisənin AMEA ilə əməkdaşlığından danışıb. Professor akademiyanın kitabxanası ilə bundan sonra tərəfdaşlıq əlaqələri quraraq birgə hədəflərə nail olunacağından əminliyini ifadə edib.

Konfrans işini “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Dəyişən sosial mühitdə kitabxanaların rolu” bölmələri ilə davam etdirib.

Xəbər lenti