Logo

Peşə məktəblərinə direktor müavinlərinin işə qəbulunun müsahibə mərhələsinə başlanılıb

03.06.2021 15:52 618 baxış
IMG

İyunun 3-dən etibarən peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsinə başlanılıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən müsahibə mərhələsində ümumilikdə 77 nəfər namizəd iştirak hüququ əldə edib. Müsahibəyə qatılacaq namizədlərə müraciət formasında qeyd edilən əlaqə nömrəsi vasitəsilə müsahibə zamanı və məkanı barədə məlumatlar öncədən təqdim edilir.

 

Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini, diplom və ona əlavə, xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə və şəxsiyyət vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidir.

 

İyunun 15-dək davam edəcək müsahibə mərhələsi zamanı namizədlərin peşəkar səriştələri, idarəetmə bacarıqları və ümumi dünyagörüşü agentliyin rəsmi nümayəndələri və mütəxəssislər tərəfindən qiymətləndiriləcək.

 

Xatırladaq ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün respublika üzrə ümumilikdə 31 vakant yer üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub, onlardan 257 nəfəri II mərhələyə keçid imkanı qazanıb.

Xəbər lenti