Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

04.06.2021 17:18 643 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, tədbirdə işəgötürənlər, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, valideyn və müəllimlər, həmçinin uğurlu məzunlar iştirak edib.

 

Mərkəzin direktoru Qalib Nəbiyev qonaqlara müəssisə haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları barədə maariflənib, Mərkəzin ümumi fəaliyyətini əks etdirən təqdimatla tanış olublar.

 

“Açıq qapı” günündə iştirak edən işəgötürənlər peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində müzakirələr aparıblar.

 

Təhsil Mərkəzinin uğurlu məzunları - Zaman Məmmədli, Nihad Məmmədli şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında tövsiyələr verib, uğur hekayələrini bölüşüblər.

 

Sonra şagirdlər aşpaz, qaynaqçı, dülgər, qənnadıçı-şirniyyatçı, tikişçi, xalçaçı ixtisasları üzrə ustad dərslərində iştirak ediblər. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbir iştirakçıları mərkəzin maddi-texniki bazası ilə tanış olublar.

Xəbər lenti