Logo

Doktoranturaya xarici dil üzrə qəbul imtahanına namizədlərin qeydiyyatı sabah başa çatır

12.06.2021 17:43 217 baxış
IMG

2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı sabah başa çatır.

 

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatını elan edib. İmtahanda iştirak etmək üçün qeydiyyat onlayn formatda aparılır. Bu günə olan məlumata görə, 726 namizəd (Azərbaycan - 653, rus – 73) ərizəsini təsdiqlədib.

 

Qeyd edək ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20‑də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Xəbər lenti