Logo

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb

14.06.2021 16:54 367 baxış
IMG

2021-2022-ci tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

 

Təhsil Nazirliyindən Tehsil.biz-ə verilən məlumata görə, 4-11 iyun tarixlərini əhatə edən elektron sənəd qəbulu zamanı 62 242 namizəd qeydiyyatdan keçib. Miq.edu.az saytı vasitəsilə həyata keçirilən qeydiyyatda 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

 

Qeyd edək ki, namizədlərin elektron ərizəsi yoxlanıldıqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Xəbər lenti