Logo

Azərbaycanda İLK: Qadın müəllim şəhid şagirdinin adına bulaq tikdi

15.06.2021 20:17 754 baxış
IMG

Azərbaycanda qadın müəllim Vətən Müharibəsində şəhid olan şagirdinin adına bulaq inşa edib.

 

Lent.az-ın məlumatına görə, şəhid Valeh Bədəlovun adını daşıyan bulaq Zaqatala rayonu Aşağı Tala kənd 3 saylı orta məktəbin həyətində tikilib.

 

Həmin məktəbin müəllimi Xanım Həsənova öz əlləri ilə inşa etdiyi bulağa Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şagirdi, Xüsusi Təyinatlı Qüvvələrin baş-leytenantı Valeh Bədəlovun adını verib. Bulağın açılışına rayon rəhbərliyi və şəhidin ailə üzvləri də qatılıb.

 

Qeyd edək ki, Valeh Vahid oğlu Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Vətən Müharibəsində fəal iştirak edən V.Bədəlov Fizulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Xəbər lenti