Logo

İncəsənət xadimləri mükafatlandırılıb - VİDEO

16.06.2021 09:21 295 baxış
IMG

Milli Xalça Muzeyində Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Dövlət başçısının bilavasitə rəhbərliyi ilə pandemiya şəraitinə baxmayaraq, mədəniyyətimizin inkişafı ilə bağlı proseslərin davamlı xarakter daşıdığını bildirib. Nazir qeyd edib ki, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, “Xarıbülbül” festivalının keçirilməsi, habelə yay aylarında Vaqif poeziya günlərinin keçirilməsi və digər mədəni layihələri bunun mühim gpstəricisidir.
 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci və 2-ci dərəcəli “Əmək” ordenləri və digər təltiflərə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları təqdim olunub.
 

Təltif edilənlər arasında “Şərəf” ordeninə layiq görülmüş Xalq artisti, xanəndə Mənsum İbrahimov ,“Şərəf” ordenli Xalq artisti, bəstəkar Tofiq Bakıxanov ,Xalq artisti, müğənni Niyaməddin Musayev ,“Şöhrət” ordeninə layiq görülən tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər tanınmış şəxslər yer alır.

 

Mükafatlandırmanın sonunda nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

 

https://youtu.be/9a-5I9CCHnI

 

Real TV

Xəbər lenti