Logo

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanların sənəd qəbuluna başlanılıb

16.06.2021 12:20 267 baxış
IMG

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:

 

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

 

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

 

- Yüksək yerləşdirmə (Advanced Placement).

 

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 16-dan iyulun 9-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı ş. M. Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər.

 

IB diplom üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrini elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kodunun nömrəsini (IB Personal Code) [email protected] emailinə göndərməlidirlər.

 

Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.

 

Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar. Azәrbaycan Respublikasının tәdris Azәrbaycan dilindәn fәrqli dillәrdә aparılan ümumtәhsil müәssisәlәrini cari ildә bitirәn abituriyentlәrin buraxılış imtahanı çәrçivәsindә verdiklәri “Azәrbaycan dili (dövlәt dili kimi)” fәnni imtahanından nisbi balı әn azı 50 olduğu halda, onların hәmin nәticәlәri әsas götürülür vә “mәqbul” almış hesab olunurlar. Hәmin imtahan üzrә nisbi balı 50-dәn az olan abituriyentlәr isә “qeyri mәqbul” almış hesab olunurlar vә qәbul imtahanı çәrçivәsindә “Azәrbaycan dili (dövlәt dili kimi)” fәnnindәn iyunun 24-də yenidәn imtahan verirlәr.

 

“Azәrbaycan dili (dövlәt dili kimi)” fәnni üzrә imtahanın nәticәsi iki il qüvvәdә olduğundan, 2020-ci ildә hәmin imtahandan "mәqbul" alan abituriyentlәr cari ildә bu imtahanda iştirak etmirlәr.

 

“Azәrbaycan dili (dövlәt dili kimi)” fәnni imtahanından “mәqbul” ala bilmәyәn abituriyentlәr müsabiqәyә buraxılmırlar.

Xəbər lenti