Logo

Eşqi Bağırov: "Düşünürük ki, vakant yerləri sayı az olmayacaq”

17.06.2021 17:35 1861 baxış
IMG

“Müəllimlərin işə qəbulu müsabiqəsində elektron ərizə qəbulu başa çatıb. Bu mərhələdə əvvəlki illərdən fərqli olaraq rekord sayda müraciət olub, 62 mindən çox müraciət olub, 60 mindən çox namizəd ərizəsini təsdiq edib”.

 

Tehsil.biz-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

 

Onun sözlərinə görə, imtahanlar yenə karantin qaydalarına uyğun təşkil ediləcək, ənənəvi olaraq bir mərkəzdə yox, bir neçə şəhər və rayonda keçiriləcək: “İyulda test imtahanı, avqustda müsahibələr olacaq. Test imtahanı mərhələsi ilə bağlı Təhsil İnstitutu tərəfindən hazırda sınaq imtahanları keçirilir. Vakansiyalar da hazırda toplanır, yerli idarəetmə orqanlarına da bununla bağlı tapşırıqlar verilib. Düşünürük ki, vakant yerləri sayı az olmayacaq”.

Xəbər lenti