Logo

Prezident Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18.06.2021 19:12 303 baxış
IMG

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aşağıdakı əməkdaşları təltif edilirlər:

 

“Tərəqqi” medalı ilə

 

Allahverdiyeva Səbinə Elbrus qızı

 

Babayev Vüqar Səyyad oğlu

 

Həziyev Əli Vəli oğlu

 

Hümmətov Vüqar Hümmət oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

İsmiyev Şəhriyar Muradxan oğlu

 

Paşazadə Tərxan Əlhəddin oğlu.

Xəbər lenti