Logo

"Serpantin" işıq üzü gördü - Yeni kitab

25.10.2020 13:48 437 baxış
IMG

Bu günlərdə yazıçı Pərvinin "Serpantin" adlı kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb.

 

Tehsil.biz xəbər verir ki, kitaba müəllifin 11 hekayəsi və bir monopyesi daxil edilib. Nəşrin redaktoru Xəyalə Əfəndiyevadır, dizaynı Rafael Rzaya aiddir.

 

"Serpantin"ə daxil olan hekayələr ayrı-ayrı vaxtlarda işıq üzü görən və müxtəlif dillərə tərcümə edilmiş mətnlərdir. Bunlardan Şuşa nisgilini ifadə edən "Çarəsiz yalan" hekayəsi rus, türk, ingilis, latış dillərinə tərcümə olunub, müxtəlif festivallarda təqdimatı keçib, almanaxlara daxil edilib. Həmçinin kitabda yer alan "Mən öləndə ağlama" monopyesi rus və türk dillərinə çevrilib, səhnə əsərinə Gənc Tamaşaçılar Teatrı səhnəsində quruluş verilib. Quruluşçu rejissoru Ayla Osmanova, ifaçısı Səbinə Məmmədova olan tamaşa Bakıda Teatr Xadimləri İttifaqının Baxış festivalında, Qırğızıstanda Türk dünyasının mədəniyyət paytaxtı olan Oş şəhərində Art-Ordo festivalında, həmçinin Türkiyənin Diyarbəkir şəhərində "Solo" beynəlxalq festivalında uğurla iştirak edib, müxtəlif diplomlara layiq görülüb.

Xəbər lenti