Logo

Ali məktəblərə qəbulun ikinci cəhd imtahanları keçirilməyəcək 

17.07.2021 18:35 1174 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanının ikinci mərhələsinə ikinci cəhd imtahanlarının keçirilməməsinin səbəbini açıqlayıb.

 

M. Abbaszadə bildirib ki, sentyabrın 15-də yeni tədris ilinin dərsləri başlayacaq, ikinci cəhd imtahanların keçirilməsi isə avqustun sonuna nəzərdə tutulmuşdu: 

 

"Belə olduğu təqdirdə sentyabrın 15-də dərslər başlaya bilməyəcəkdi, vaxtla bağlı məhdudiyyət var idi. Bu səbəbdən də ikinci cəhd imtahanı keçirə bilmədik. Nəyi bacarmışıqsa, etmişik. Bildiyiniz kimi, müəyyən hallarda bizə kütləvi tədbirləri keçirməyə icazə verilmirdi. Hər bir tarixlə bağlı biz icazə alırdıq ki, həmin gün hansısa imtahana keçirmək olarmı, ya yox. Müəyyən günlər çox böyük istilər oldu, bütün bunları əvvəldən nəzərə almışdıq ki, imtahanlar həmin günə düşməsin".

 

Apa.az

Xəbər lenti