Logo

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqə davam edir

22.07.2021 11:16 554 baxış
IMG

İyulun 27-də “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsinə müraciətlərin qəbulu başa çatacaq.

 

Tehsil.biz xəbər verir ki, layihələrin qəbulu üçün son müddət 27 iyul 2021-ci il, saat 21:00 müəyyənləşdirilib.

 

Müsabiqədə iştirak üçün müraciət sənədləri  elektron formada  [email protected]  poçt ünvanına göndərilməlidir. 

 

Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.

 

Müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. 

Xəbər lenti