Logo

ADPU Quba filialında 22 İyul Milli Mətbuat Günü münasibətilə media işçiləri ilə görüş keçirilib 

22.07.2021 20:29 934 baxış
IMG

Bu gün ADPU Quba filialının Heydər Əliyev məktəb-lektoriyasındə 22 iyul Mətbuat gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzərTAc informasiya agentliyi, ARB TV, Qafqaz TV və digər media qurumlarının əməkdaşları iştirak ediblər.

 

ADPU Quba filialının direktoru dosent Yusif Alıyevin çıxışı ilə başlanan tədbir bir sıra media qurumları tərəfindən işıqlandırılıb.  Dosent Yusif Alıyev çıxışında regionun media təmsilçilərinin fəaliyyətini diqqət mərkəzində saxlayıb. Bildirib ki, regionda görülən quruculuq işlərinin, aparılan təhsil islahatlarının ictimailəşdirilməsində medianın rolu əvəzsizdir. Bu baxımdan filialın rəsmi adpu.quba.edu.az portalı da müstəsna əhəmiyyətə malikdir. Direktor medianın cəmiyyətdə nüfuzunu əsas gətirərək onları ictimai şüurun əsas təkan verici qüvvələri adlandırıb. Göstərdikləri əməyə görə, filial kollektivi adından media əməkdaşlarına təşəkkürünü bildirib. Filialda keçirilən yubiley tədbirlərinin, müxtəlif konfransların mətbuatda layiqincə işıqlandırıldığını vurğulayıb. Filialda aparılan təhsil islahatları medianın diqqətinə çatdırılıb. Bildirilib ki, ADPU Quba filialı Azərbaycanda pandemiya şəraitində telemühazirələr təşkil edən ilk ali təhsil müəssisəsi olub. Qafqaz TV ilə əməkdaşlıq şəraitində təşkil edilən mühazirələrdə filialın 12-dən çox müəllimi 60-dan çox mühazirə oxuyublar. Dosent Yusif Alıyev davamlı əməkdaşlıq üçün Qafqaz TV rəhbərliyinə xüsusi təşəkkürünü bildirib. Bölgə mediasını  azadlığı, subardinasiya məsələlərini xüsusilə vurğulayıb. Ölkəmizin Vətən müharibəsi dövründə məhz işinin peşəkarı olan jurnalistlər sayəsində düzgün strategiyalı informasiya savaşı  aparmasını qeyd edib. Direktor bildirib ki, Quba Rayon İcra Hakimiyyəti də ideoloji istiqamətdə media ilə  sıx işlər aparır. Daha sonra filial direktoru tədbir iştirakçılarından diskussiyaya qoşulmalarını, filialla medianın əməkdaşlığı istiqamətində təkliflər vermələrini xahiş edib. 

 

Diskussiya şəraitindən davam edən görüşdə Qafqaz TV-nin direktoru Eltən Qədimbəyli mətbuat adamlarını diqqətdə saxladığı üçün filialın direktoru dosent Yusif Alıyevə təşəkkürünü bildirib. Jurnalistlərin yetişməsində müəllimlərin rolunu vurğulayıb. Media şəhidləri parkının açılışını mediaya hörmətin göstəricisi hesab edib. Bütün Azərbaycan jurnalistlərini bu gün münasibətilə təbrik edib. 

 

İctimai televiziyanın Quba üzrə müxbiri Ramiz Ramazanov jurnalistlərin səmimi qarşılanmasına görə, filial rəhbərliyinə təşəkkürünü bildirib. Qubanın hər zaman ciddi media qurumlarına ev sahibliyi etdiyini, "Əxbar" qəzetinin Qubada yaradıldığını, ilk televiziyaların əsasının məhz Qubada qoyulduğunu xatırladıb. Bildirib ki, Şimal bölgəsinin media nümayəndələri hər zaman aktivlikləri ilə seçiliblər. Bütün həmkarlarını bu gün münasibətilə təbrik edib. O, özünün də ADPU məzunu olduğunu xatırladıb. 

 

Qafqaz TV-nin şöbə müdiri Əlövsət Sadıq isə regionda medianın fəaliyyəti üçün mövcud yaradıcılığı imkanlarından söz açıb. ADPU Quba filialı ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Buna görə, şimal bölgəsinin yeganə ali təhsil müəssisəsinə təşəkkür edib. Medianı Prezident İlham Əliyevin informasiya siyasətini dəstəkləmək şərti ilə filialın müstəqil universitet olması istiqamətində təbliğat aparmağa çağırıb. Buradakı müəllimlərin peşəkarlıqları və yeniliyə açıq olmaları ilə fərqləndiyini söyləyib.

 

Qafqaz TV-nin əməkdaşı Xanım Xatun da filial rəhbərliyinə göstərdiyi diqqətə görə, təşəkkürünü ifadə edib. Filial tələbələrinin Qafqaz TV-də təcrübə keçmələrini, aralarında çox istedadlı şəxslərin olduğunu deyib m 

 

Filialın Pedaqoji fakültə dekanı Qələmşah İdrisov media işçilərini bu gün münasibətilə təbrik edib.  Jurnalistlərin önəmindən, cəmiyyətə faydasından danışıb. Filialla əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib. 

 

ADPU-nun mətbuat katibi Cavid Hüseynov
filial kollektivi və jurnalistlərə universitetin rektoru professor Cəfər Cəfərovun salamlarını çatdırıb. Onun adından universitetə dəstək olan mediaya təşəkkürünü bildirib. Qeyd edib ki, ADPU Quba filialı ADPU-nun filialları arasında mətbuatla ən sıx işləyən təhsil ocağıdıe. Filialın uğurlarını mediada açıq aşkar görmək mümkündür.  Mətbuat katibi gələcəkdə filialda jurnalistika fakültəsinin də yaradılmasını arzulayıb. 

 

Daha sonra dosent Yusif Alıyev filialın Elmi Şurasının qərarı ilə tədbirdə iştirak edən media işçilərini fəxri fərmanla təltif edib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Mətni hazırladı: Lamiyə Süleymanlı

Xəbər lenti