Logo

BANM-in 7  məzunu ali təhsilini ABŞ-da davam etdirəcək

23.07.2021 12:21 1080 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) 7 məzunu ABŞ - da tam təqaüdlə doktorantura səviyyəsinə qəbul edilib. Onlardan 6-sı Kimya mühəndisliyi ixtisasından bakalavr üzrə, 1-i Neft-qaz mühəndisliyi ixtisasından magistratura üzrə məzun olanlardır.  


Həmin məzunlardan Elnur Cəbiyev qəbul olunduğu ali məktəbdə avqust ayından etibarən eyni zamanda elmi araşdırma üzrə köməkçi (Research assistant) olaraq işləməyə başlayacaq. 

 

Məzunlardan biri – Elnarə Rüstəmzadə həm bakalavr, həm də magistr təhsilini BANM-də alıb və hazırda BANM əməkdaşıdır. 


Mühəndislik üzrə müxtəlif ixtisasların doktorantura proqramlarına qəbul olan BANM məzunlarının tam siyahısı:

 

1. Elnur Cəbiyev - Auburn Universiteti


2. Əbdül Bağırov - Akron Universiteti


3. Röya Qədimli - Tulane Universiteti

 

4. Kənan Qocayev - Tulane Universiteti

 

5. Zahir Ağayev - Konnektikut Universiteti

 

6. Nurlan Əmirov - Corciya Texnologiya İnstitutu

 

7. Elnarə Rüstəmzadə - Texas Universiteti (Austin)

Xəbər lenti