Logo

“Davam” Gənclər Hərəkatının idarə heyətinin üzvü “One Young World” səfiri olub

27.07.2021 20:48 314 baxış
IMG

“Davam” Gənclər Hərəkatının idarə heyətinin üzvü Reyhan Camalova gənclər üçün dünyanın ən böyük tədbirlərindən olan “One Young World” zirvə toplantısında Azərbaycanı təmsil edib.

 

Hərəkatdan bildiriblər ki, R.Camalova zirvə toplantısına “Rainergy” layihəsi ilə “bp Net Zero”nun təqaüdçüsü kimi qatılıb.

 

“One Young World” həmfikirlərlə əlaqə quraraq əhatə dairəsini genişləndirmək, qlobal liderlərdən və bu sahədə mütəxəssislərdən müxtəlif sahələr üzrə biliklər əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan gənclərin ilhamverici hekayələrindən dərs çıxarmaq və yeni imkanlardan yaralanaraq inkişaf etmək üçün mühüm platformadır.

Xəbər lenti