Logo

İxtisasın təsviri

28.07.2021 13:14 498 baxış
IMG

Elm və texnikanın əksər sahələrində dəqiq və etibarlı cihazlara ehtiyac var. Buna görə onları yarada və inkişaf etdirə bilən mütəxəssislərə müasir dünyada çox təlabat var.

 

Bu ixtisas informasiyanın alınması, çevrilməsi, ötürülməsi, emalı və tətbiq edilməsi üçün istifadə olunan cihazlar, informasiya - ölçmə sistemləri və kompleksləri yaratmaq və idarə etmək üçün ölçmə texnikası və texnologiyalarının aparat və proqram təminatı məsələlərinin öyrənilməsini əhatə edir.

 

Bütün sənayeyə və digər sahələrə daxil olan cihazların hazırlanması, istehsalat prosesi, istehsalatdan sonra isə keyfiyyətinin, fəaliyyətinin yoxlanılması, ölçülməsi sahənin əsas prioritet sahələrindəndir. İxtisas ölkəmizin sənaye sektoruna daxil olan əksər sahələr üçün o sahələrə çox önəmli hesab edilən bilgilərə yiyələnən mütəxəssis hazırlayır. Məzunlar tədqiqat fəaliyyəti həyata keçirə bilər, proqramçı, mühəndis və layihə meneceri kimi işləyə bilər. Onların bilikləri diaqnostik, ölçmə və nəzarət məlumatlarının saxlanması, toplanması, işlənməsi və əks olunması üsulları və metodları sahəsində də tətbiq olunur. Bu ixtisas fizika, riyaziyyat və rəsmxət ilə maraqlananlar üçün uyğundur.

 

Harada bu ixtisasa sahiblənmək olar?

 

→ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Texniki Universiteti

 

→ Qərbi Kaspi Universiteti

 

→ Milli Aviasiya Akademiyası

 

Qeyd: Bundan başqa tələbələrin PLC, SCADA proqramlaşdırmaları üzrə sertifikatları qazanmaları üstünlük kimi qiymətləndirilir.

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

 

Müvafiq ölçmə cihazları barədə lazımi biliklərə yiyələndikdən sonra aşağıdakı sahələrdə çalışa bilərlər:

 

→ Tibb

 

→ Aviasiya

 

→ Kosmik

 

→ Neft-qaz sənayesi

Xəbər lenti