Logo

II və III ixtisas qrupları üzrə ən yüksək nəticələri onlar qazandı

29.07.2021 00:46 591 baxış
IMG

II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu, 3 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 188 saylı orta məktəbin məzunları göstəriblər.

 

Tehsil.biz xəbər verir ki, Salyan rayonu, 3 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

 

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 322 saylı məktəbin məzunu göstərib.

 

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 20 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.

Xəbər lenti