Logo

II və III ixtisas qrupları üzrə MÜSABİQƏ ŞƏRTLƏRİ

29.07.2021 00:51 828 baxış
IMG

II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Tehsil.biz xəbər verir ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

 

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

 

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil  fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

 

-     Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

 

- Marketinq;
- Biznesin idarə edilməsi;
- Regionşünaslıq (regionlar üzrə);
- Turizm bələdçiliyi;
- Turizm işinin təşkili.

 

III ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

 

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

 

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil  fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

 

-     Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olma­yan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümu­mi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

 

- Muzey, arxiv işi və abidələrin qorunması;
- Sosial iş.

Xəbər lenti