Logo

MİQ imtahanları üçün vakant yerlərin sayı açıqlanıb

29.07.2021 11:29 735 baxış
IMG

“Hərdən sosial şəbəkələrdə suallar səsləndirilir ki, niyə bu qədər ali təhsilli müəllim ancaq diplomla işə götürülmür və əlavə imtahan olur. Dünyanın bir çox sistemlərində pedaqoji ali təhsil haqqında diplom aldıqdan sonra başqa bir seçim də edilir. Bu məsələ tələb və təklifdən asılıdır”.

 

Tehsil.biz-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

 

Onun sözlərinə görə, bu il üçün 8000-ə yaxın vakansiya var: “Sovet dövründə müəllim olmaq istəyənlər maarif şöbəsində siyahıya yazılırdılar, vakant yer olduqca sıraya uyğun həmin müəllim işə götürülürdü. İndi isə bu proses təkmilləşdirilib və MİQ imtahanları keçirilir. İndi insanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir, amma bu mümkün deyil. Biz vakant yerlər üzrə işləyirik. Bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan, müəllimlərin optimallaşdırılması, onların hamısının normal əmək haqqı alması üçün minimum 18 saatlıq stavkaya malik olmalıdılar. Əgər hansısa müəllim pensiyaya gedir və ya hər hansı səbəbdən işdən çıxırsa bu, başqaları üçün vakant görünə bilər. Amma əslində o müəllimin iş saatları digər müəllimlər arasında bölünür ki, normal əmək haqqı alsınlar. Bunlar da nəzərə alınmalıdır”.

 

Apa.az

Xəbər lenti