Logo

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün yekunlaşır

29.07.2021 11:43 431 baxış
IMG

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən və bununla bağlı ərizəsi olan abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı bu gün başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, abituriyentlər iyulun 29-u saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanı komissiyaları üzrə cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər, 1 və ya 2 iyul tarixlərində imtahan verib müsabiqə şərtlərini ödəyən əvvəlki illərin məzunları, Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər və subbakalavrlar qeydiyyatdan keçə bilərlər.

 

Daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

 

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci və 2-ci nömrələrini nəşr edib. "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsinə aid bütün məlumatlar öz əksini tapıb.

Xəbər lenti