Logo

“Müəllimliklə bağlı illərlə vakant qalan yerlər var, bunlar əsasən ucqar kəndlərdə olan vakant yerlərdir” - RƏSMİ

29.07.2021 12:33 867 baxış
IMG

"Dövlət üçün daha prioritet olan kənd təsərrüfatı, mühəndislik, informatika ixtisaslarıdır".

 

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

 

Onun sözlərinə görə, namizədlər ora getmək istəmirlər:

 

“Yəni vakant yerlər var, amma bunlar namizədlərin seçmədiyi yerlərdir. Regionlara müəllimlər lazımdır. Əgər iş təklif olunursa, təklif olunan vakansiyaları olduğu kimi qəbul etmək lazımdır. Bakıda əhalinin sıx yaşadığı yerlərdə vakant yerlər də azdır. Bunu nəzərdə saxlamaq lazımdır. Tələb və təklifi nəzərə almaq lazımdır. Dövlət də regionlarda ehtiyac olan vakant yerlərə gedən namizədlərə xüsusi şərait yaradır. Dövlət üçün daha prioritet olan kənd təsərrüfatı, mühəndislik, informatika ixtisaslarıdır. Bununla bağlı dövlət sifarişli yerlərin sayı da artırılır”.

Xəbər lenti