Logo

"Yaxşı müəllimləri seçmək üçün sualları süni şəkildə çətinləşdirməyə ehtiyac yoxdur" - Mütəxəssis

29.07.2021 13:28 1098 baxış
IMG

"İmtahan nəticəsi müəllim olmaq üçün sadəcə bir addımdır".

 

Bunu Tehsil.biz-ə açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

 

O, bu addımda müəyyən bir balı keçən namizədlərin başqa bilik, bacarıq və keyfiyyətləri müsahibə ilə yoxlanıla bilməsinin mümkünlüyündən danışıb:

 

"Ardından sınaq dərsi videosuna baxılıb qiymətləndirilə bilər. Bu da bir müəllim olmaq üçün üçüncü addım ola bilər. Baxdıq ki, çox sayda istədiyimiz keyfiyyətlərə malik namizəd var. O sayda vakant yerimiz yoxdursa onda yaxşı bir təcrübə olmasa belə Türkiyədəki kimi püşk atma üsulu ilə müəllimlərin təyinatı aparıla bilər. Sözümün canı budur ki, ələyin gözünü daraldaraq öz yetişdirdiyimiz kadrları itirə bilərik, küsdürə bilərik", -deyə Q.Məhərrəmov bildirib.

 

Fəqan Əzimli

Xəbər lenti