Logo

"İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)" mövzusunda vebinar keçirilib

29.07.2021 17:19 412 baxış
IMG

ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) 29 iyul 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarını keçirib. Hansı mövzularda vebinarların keçirilməsinə ehtiyac olduğunu öyrənmək məqsədilə metodistlərlə öncədən sorğu keçirilib və bu sorğunun nəticələrinə uyğun olaraq “İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)” mövzusu səs çoxluğu ilə üstünlük təşkil edib.

 

Tehsil.biz xəbər verir ki, təşkil olunan vebinarda metodistlərə informasiya və ötürülmə yolları, informasiya texnologiyaları və məqsədi, internet və xidmətləri, Microsoft Office proqramları haqqında geniş izahatlar verilib. İnformasiyanın ötürülmə tarixi, informasiya texnologiyalarının məqsədi, internet-müasir dövrün informasiya texnologiyası, internetin əsas xidmətləri, dünyanın ən populyar mətn redaktor proqramı, Microsoft Office proqramının əsas üstünlükləri barədə maraqlı məlumatlar verilib.

 

Vebinarda Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Qobustan, Hacıqabul, İmişli, Cəlilabad, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şirvan, Sumqayıt, Yardımlı, Ağsu, Ağdam, Bərdə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Şuşa, Tərtər və Zəngilan rayon və şəhərləri üzrə metodistlər iştirak ediblər.  

 

150-ə yaxın metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi Fidan Abasova çıxış edib.

 

Nəzərinizə çatdırmaq istəyirik ki, iştirakçı sayının çoxluğu nəzərə alınaraq vebinarın iki növbədə təşkili nəzərdə tutulub. Növbəti vebinarın 30 iyul tarixində keçirilməsi planlaşdırılıb.

 

Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti