Logo

Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

30.07.2021 17:46 437 baxış
IMG

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

 

Buraxılış vərəqəsini çap etmək üçün link: https://eservices.dim.gov.az/qabiliyyet

 

Ali təhsil müəssisələrinə qəbul üçün

 

İxtisaslar

Komissiya kodu

Xoreoqrafiya

53

Rəngkarlıq

67

Dizayn

14

Dekorativ sənət

15

 

Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün

 

11 illik təhsil bazasında

 

İxtisaslar

Komissiya kodu

Xoreoqrafiya sənəti

55

Heykəltəraşlıq

17

Fiziki tərbiyə müəllimliyi

66

9 illik təhsil bazasında

İxtisaslar

Komissiya kodu

Fiziki tərbiyə müəllimliyi (Lənkəran)

752

Fiziki tərbiyə müəllimliyi (Göyçay)

952

Fiziki tərbiyə müəllimliyi (Şəki)

552


Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

-      imtahana buraxılış vərəqəsini; 

 

-      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

 

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

 

Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xəbər lenti