Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin I yarımil üzrə hesabatı

31.07.2021 11:14 351 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari ilin yanvar ayından iyul ayınadək fəaliyyət istiqamətləri üzrə altı aylıq hesabatı ictimaiyyətə təqdim edib.

 

Hesabatda I yarımil ərzində təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil edilməsi və məktəb inspeksiyası layihəsi üzrə həyata keçirilən tədbirlər və görülən işlər barədə informativ və statistik məlumatlar qeyd olunub. 

 

Hesabatla daha ətraflı tanış olmaq üçün qeyd olunan keçiddən istifadə edə bilərsiniz.

 

Qeyd edək  ki, Agentlik Azerbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və mütəxəssis qurumdur.

Xəbər lenti