Logo

“Şanslıyam ki, 100 ermənini məhv edən polkovnikin qızıyam” - Şəhidin 12 yaşlı övladı

01.08.2021 10:59 845 baxış
IMG

“Mən özümü dünyanın ən şanlı qızı hesab edirəm. Çünki 100 ermənini məhv edən Vidadi Xəlilovun qızıyam”.


Bu sözləri Bizim.Media-ya açıqlamasında Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə deyib.


7-ci sinfə keçən Zəhra Xəlilzadə atasının mehriban və qayğıkeşliyini hələ də unuda bilmir:


“Atam mənə qızım deyə müraciət edirdi. O qədər mehriban və diqqətcil idi ki, hər gün saatlarla vaxtını bizə ayırırdı. Qardaşım və məni vaxtaşırı istirahət mərkəzlərinə aparırdı. Dərslərimizlə məşğul olurdu. Deyirdi vətənə layiq böyüyün. Onunla ən son oktyabrın 28-də danışdım. Hər zamanki kimi tapşırıqlarını və qayğısını gizlətmədi. Onunla sadəcə fəxr edirəm və çalışacam ki, atama layiq olum, adını uca tutum”.


Zəhra Xəlilzadə iyulun 25-dən 31-nə qədər Təhsil Naziriyinin və “Zəfər” İctimai Birliyinin təşəbbüsü ilə Qubada “Zəfər” düşərgəsində təşkil edilən təlimlərə dəvət edilib.


Bir həftəlik düşərgə istirətindən danışan balaca Zəhra öyrəndiyi bilik və bacarıqlardan da söz açıb:


“3 D dizayn, 3 D Pendi işləməyi, 3 D Printer, Mikrobid, Tinker Cav öyrəndik. Hamısı da çox əyləncəli və maraqlı idi. Burada hər saatın başqa bir əyləncə növü var. Dağçılıq, çölçülük, itlərlə məşğul olmaq, idman saatı və s kimi təlimlərə sahib olduq”.


Xatırladaq ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində olub. Murovdağ zirvəsinin, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə 100-dən çox erməni əsgərini məhv edib.


Qəhrəmanımız oktyabrın 31-dəLaçın döyüşləri zamanı şəhid olub və Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Məktəb illərindən hərbiyə marağı olan Xəlilov Vidadi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini bitirib. Ali təhsilini bitirdikdən sonra xarici ölkələrdə müxtəlif hərbi kurslar keçib.


Aprel döyüşlərində də qəhrəmanlıqla vuruşan əslən Göyçaylı olan Vidadi el arasında "Qubadlı fatehi" kimi tanınırdı.


Peşəkar hərbiçi hərb sahəsində 20 il qüsursuz xidməti, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə medal və sertifikatlarla təltif olunub.



Xəbər lenti