Logo

ADU-da “Heydər Əliyev və Çin” kitabının təqdimatı olub

02.08.2021 11:36 639 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Çin dilində nəşr olunan “Heydər Əliyev və Çin” kitabının onlayn təqdimatı keçirilib.

 

R.Abbasov qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 28-ci ildönümü münasibətilə nəşr edilmiş kitab Ümummilli Liderin Çin Xalq Respublikasına (ÇXR) tarixə dönmüş rəsmi səfəri zamanı bu ölkənin ictimaiyyəti qarşısında, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin rəhbərlik etdiyi ÇXR-nin nümayəndə heyəti ilə görüşündəki çıxışlarına, o cümlədən Çinin milli bayramı münasibətilə keçirilən rəsmi qəbullardakı çıxışlarına həsr olunub. Kitabda, həmçinin Ümummilli Liderin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransdakı nitqləri, Çinin rəsmi nümayəndə heyətləri, ölkəmizdəki ÇXR səfirləri ilə görüşlərindəki söhbətləri, ÇXR rəhbərləri ilə yazışmaları da yer alıb.

 

R.Abbasov xatırladıb ki, 1993-cü il iyunun 25-də Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən respublika Ali Sovetinin sədri Heydər Əliyev Çinin Azərbaycandakı səfiri Sya Şuyuanı onun xahişi ilə qəbul edib. Qəbul zamanı Sya Şuyuan Ulu Öndər Heydər Əliyevə göndərdiyi təbrik teleqramını Azərbaycan parlamentinin rəhbərinə təqdim edib və ona öz ölkəsinin dövlət rəhbərlərinin salamlarını yetirib. Səfir Sya Şuyuan bildirib ki, Heydər Əliyevi beynəlxalq aləmdə təcrübəli və nüfuzlu siyasi xadim kimi tanıyırlar. O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb, ümummilli lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb.

 

R.Abbasov, həmçinin qeyd edib ki, Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəlli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı istiqamətlərində fəaliyyətini əks etdirən elektron informasiya bazası mövcuddur.

Xəbər lenti