Logo

Nəyə görə Tətbiqi riyaziyyat və kibernetika fakültəsi? 

05.08.2021 16:54 740 baxış
IMG

Fakültədə müasir kompüterlərlə təchiz olunmuş kompüter sinifləri və elmi kitabxana tədrisin və elmi tədqiqat işlərinin yüksək səviyyədə aparılmasına xidmət edir.

Fakültədə təhsil alan tələbə və magistrantların təlim-tərbiyəsi ilə 70 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 2 nəfəri AMEA-nın həqiqi üzvü,  52 nəfəri elmlər namizədi, dosentdir.

2021-ci ildə Bakı Dövlət Universiteti və İsrailin Holon Texnologiya İnstitutu arasında imzalanmış Sazişə əsasən komputer elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. Bu ikili diplom layihəsinin əsas məqsədi kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İKT sahəsində dərin nəzəri biliklərə və praktiki bacarıqlara malik olan, elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Xəbər lenti