Logo

AzTU-nun magistratura səviyyəsinə II mərhələdə qəbul olunanların nəzərinə! 

17.08.2021 22:06 474 baxış
IMG

Azərbaycan Texniki Universitetinin magistratura səviyyəsinə II mərhələdə qəbul olan namizədlər https://portal.edu.az saytından elektron qeydiyyatdan keçdikdən sonra aşağıda göstərilən sənədləri 2021-ci il avqustun 23-dən 30-dək AzTU-ya təqdim etməklə müqavilə bağlamalıdırlar.
1. Diplomun əsli və surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər)- 2 nüsxə;
2. Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış - 1 nüsxə;
3. Şəxsiyyət vəsiqəsinin surəti – 3 nüsxə ;
4. 3x4 ölçüdə rəngli fotoşəkil - 3 ədəd;
5. Hərbi biletin və hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin (ağ bilet) surəti (bütün səhifələrin üzünü çıxarmaqla) – 2 nüsxə;
6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil üçün) surəti – 1 nüsxə;
7. Müqavilə (AzTU-nun magistratura şöbəsində çap edilib rəsmiləşdirilir);
8. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd (namizəd şəxsi kabinetindən çap edir)- 1 nüsxə:
Qeyd: Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.
 
İMTİYAZLI BAKALAVRLAR TƏRƏFİNDƏN ƏLAVƏ OLARAQ AŞAĞIDA QEYD OLUNAN SƏNƏDLƏRİN TƏQDİM EDİLMƏSİ MÜTLƏQDİR:
 
1. Məcburi köçkün olan bakalavrlar:
• Tələbənin  şəxsiyyət vəsiqəsinin surəti.
• Tələbənin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
• Valideynlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
 
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları. Lazım olan sənədlər:
• Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
• Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
• Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.
 
3. Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olan bakalavrlar:
• Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
• Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
• Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.
 
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Lazım olan sənədlər:
•Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
•Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
•Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
•Tələbənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.
 
5. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsinə ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxsləri:
• Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
• Tələbənin  əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.
 
Qeyd:
1. Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.
2. Sənədlərin təqdim edilməsi təhsil müqaviləsinin bağlanması, növbəti tədris ilinin planlaşdırılması və magistrantların şəxsi işlərinin formalaşdırılması üçün lazımdır.
3. Hər bir magistrantın baza xarici dil bilgisi barəsində məlumat verilməlidir.
4. Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.
 
Azərbaycan Texniki Universiteti (AzTU) – Magistratura şöbəsi
E-mail: [email protected]
Telefon: 012-538-94-40

Xəbər lenti