Logo

İbtidai sinif müəllimlərinin vakant yerlərə əlavə yerləşdirmələrinə başlanılıb

21.09.2021 17:00 232 baxış
IMG

Bu gündən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə əvvəlki turlarda tutulmayan və yeni yaranan vakant yerlər üçün əlavə yerləşdirmələrə başlanılıb.

Tehsil.biz xəbər verir ki, əlavə yerləşdirmə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlərin imtahan nəticəsi və elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yeri nəzərə alınmaqla həyata keçiriləcək.

İbtidai sinif üzrə müsabiqədə iştirak etmiş namizədlərlə şəxsi səhifələrində qeyd etdikləri nömrələr vasitəsi ilə əlaqə yaradılacağı üçün nömrəni aktiv saxlamaq tövsiyə olunur.

Xəbər lenti