Logo

Məktəbdənkənar məşğələlərdə uşaqların maska taxmaq qaydası açıqlanıb

22.09.2021 11:24 826 baxış
IMG

Məktəbdənkənar təhsil müəssisələrində uşaqların maskadan istifadə etmələri valideynlərin və digər qanuni nümayəndələrinin seçimində olacaq.

Tehsil.biz xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda qeyd olunub.

Bildirilib ki, həmin müəssisə maskadan istifadə ilə bağlı valideynlərin və ya digər qanuni nümayəndələrinin seçiminə verilən qurumların sırasına əlavə edilib

Xatırladaq ki, əvvəlki qərarla təhsil alanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilirdi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburi idi.

Xəbər lenti