Logo

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

20 Noyabr 60 baxış
IMG

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub. “C++ dilində proqramlaşdırmanın əsasları” adlı kitab “C++” dilinin nümunəsində proqramlaşdırmanın əsaslarını öyrətmək və başqa proqramlaşdırma dillərinin öyrənilməsi üçün qabiliyyətləri formalaşdırmaq üçün nəzərdə tutulub. 

 

Yeni nəşrin müəllifləri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallıdır. Rəyçilər isə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və BDU-nun İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevdir. 

 

İnstitutdan bildirilib ki, kitabda verilmiş materialların mənimsənilməsi nəticəsində müxtəlif istiqamətlər üzrə bilik və bacarıqların formalaşdırılması nəzərdə tutulur: proqramlaşdırma mühitlərində layihələrin yaradılması, proqramların kompilyasiya edilməsi və sintaktik və alqoritmik yanlışlıqların tapılıb düzəldilməsi, standart riyazi məsələlərin həlli proqramının yazılması (ədədin rəqəmlərə ayrılması, verilmiş aralıqdakı bütün sadə ədədlərin aşkarlanması, massivin ən böyük və ən kiçik elementinin tapılması və s.). 

 

Kitab ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr  üçün nəzərdə tutulsa da, bu vəsaitdən ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yararlana biləcək. 

 

Qeyd edək ki, yeni vəsait İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub.

Xəbər lenti