Logo

Pakistanın Azərbaycandaki səfiri Bakı Ali Neft Məktəbində 

12.10.2021 10:54 1076 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, səfiri ali məktəbdə görməkdən məmnunluğunu bildirən Elmar Qasımov BANM-in uğurlarından bəhs edib. 

Bildirib ki, Bakı Ali Neft Məktəbinə müraciət edən pakistanlı tələbələrin sayı ilbəil artır. Artıq iki pakistanlı tələbə BANM – in təqaüdü ilə bu ali məktəbdə təhsil alır. Elmar Qasımov səfiri akademik heyət və tələbələrlə görüşə də dəvət edib. 

Pakistanın Azərbaycandakı səfiri isə Bakı Ali Neft Məktəbi kimi beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yaxından izlədiyini qeyd edib. Səfir Ali məktəbin müəllim – professor heyəti və tələbələri ilə görüşə dəvətə görə rektor Elmar Qasımova minnətdarlığını bildirərək ən qısa zamanda bu təklifi gerçəkləşdirəcəyini deyib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Pakistanda Bakı Ali Neft Məktəbinin diplomlarının akkreditasiya məsələsi geniş müzakirə olunub.

Xəbər lenti