Logo

İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə

12.10.2021 15:23 663 baxış
IMG

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Tehsil.biz xəbər verir ki, şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir. 

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.

Xəbər lenti